Bakıda gecə klubunda partlayışda xəsarət alanlardan biri vəfat edib

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış
zamanı xəsarət alanlardan bir nəfər 1999-cu il təvəllüdlü Fərqanə
Eynullayeva dünyasını dəyişib.

TƏBİB-dən AzerTimes-a verilən məlumata görə, o, 60-62 faiz və III
dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır
xəstələrdən biri idi.

Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən
xəsarəti alıb, 2 nəfər vəfat edib.

Hazırda tibb müəssisələrində ümumilikdə 12 nəfər müalicə alır.
Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik
ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb.

Qeyd edək ki, xəsarət alan şəxslərdən hazırda TƏBİB-in
tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən
1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin
vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq
qiymətləndirilir.

Ümumilikdə stasionarda müalicə alanlardan ambulator müalicə üçün
9 nəfər evə göndərilib.

Teqlər: