Bakıda gecə klubunda partlayışda xəsarət alan daha bir nəfər
vəfat edib.
Trend xəbər
verir ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta
saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını
dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.
Faktı AzerTimes-a Baş Prokurorluqdan təsdiqləyiblər.
Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış
nəticəsində 4 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14
avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.