Bakıda flaşmob keçirilməsinə icazə verilmir – DİN

Xəbər - Fərid Zöhrabov – Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bakıda flaşmobların təşkil olunması
ilə bağlı məlumat yayıb.

Tremd-in xəbərinə görə, DİN-in İctimaiyyətlə əlaqələr və kütləvi
informasiya vasitələri ilə iş üzrə şöbəsinin rəisi Elşad Hacıyev
bildirib ki, paytaxt ərazisində hansısa məzmunda, sayda flaşmobun
təşkilinə və keçirilməsinə icazə verilmir: “Xüsusi karantin rejimi
çərçivəsində kütləvi tədbirlərlə bağlı tətbiq edilən məhdudiyyətlər
qüvvədədir”.

Teqlər: