Bakıda FIG kubokunun təqdimatı keçirilib (FOTO)

Aprelin 3-də Bakıda Milli Gimnastika Arenasında kişi və qadın
idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində FIG Kubokunun
təqdimatı keçirilib.

AzerTimes-ın
məlumatına görə, FIG Kuboku dörd dünya kubokunda göstərilən üç ən
yaxşı nəticələrinə əsasən gimnastlara verilib.

Kuboka İsrail gimnastı Aleksandr Myakinin (tirdə hərəkətlər),
Qazaxıstan idmançısı Nəriman Qurbanov (dəstəli at üzərində
hərəkətlər), ukraynalı gimnast Daniela Batrona (gimnastika tirində
hərəkətlər) və Macarıstan idmançısı Dorina Bötsögöora (sərbəst
hərəkətlər).

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilib.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayıb.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə
keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək
yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Teqlər: