Bakıda evin zirzəmisində yanğın olub, 1 nəfər ölüb

Bakıda evin zirzəmisində yanğın olub, 1 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Binəqədi
rayonunda ümumi sahəsi 330 kv.m olan üçmərtəbəli evin zirzəmisində
1 ədəd çarpayı yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Əliyev
Orxan Tahir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən
aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə
olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

Teqlər: