Bakıda ev yanıb (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən
çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat
daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, dərhal
Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi
sahəsi 60 kv.m olan ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir
nəfər vətəndaşın həyatı təhlükəli vəziyyətdə qaldığı müəyyən
edilib.

Yanğınsöndürənlər və xilasedicilər operativ müdaxilə ilə ilk
növbədə tüstülənmiş mənzildə təhlükəli vəziyyətdə qalmış vətəndaş
1958-ci il təvəllüdlü Nəzərov Cəmil Əliş oğlunu xilas edərək təcili
tibbi yardım briqadasına təhvil veriblər.

Yanğınsöndürmə qüvvələrinin çevikliyi sayəsində yanğın qısa
müddətdə söndürülərək digər mənzillərə keçməsinin qarşısı
alınıb.

Yanğın nəticəsində mənzilin ümumililkdə 0,5 m² sahəsində ev
əşyaları yanıb, yüksək temperaturdan kondisioner əriyib. Mənzil və
bütövlükdə bina yanğından mühafizə olunub.

Teqlər: