Bakıda ər arvadını qətlə yetirdi – Prokurorluq

Bakıda ər arvadını qətlə yetirdi – Prokurorluq

16:40

Mayın 5-də 15:30 radələrində Sabunçu rayonu ərazisində 1996-cı il təvəllüdlü Ayşən Namaz qızı Məmmədovanın boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Nurəddin Mehbalı oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

Mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nurəddin Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Teqlər: