Bakıda ən son avadanlıqlarla təchiz edilmiş tibbi labaratoriya fəaliyyətə başlayıb

Azərbaycanda dünyanın ən son laboratoriya avadanlıqları ilə
təchiz edilmiş tibii diaqnostika mərkəzi fəaliyyətə başlayıb. Bakı
şəhəri Aşıq Molla Cümə küçəsi 44 ünvanında yerləşən “Ellab
Diaqnostic” bütün istiqamətlərdə mikrobiologiya, genetika,
immunalogiya, biokimya və s. sahələrində dəqiq analizlər
aparır.

Ellab Diaqnostika mərkəzi müştərilərinə keyfiyyətli xidmət,
münasib qiymət və analiz nəticələrində dəqiqlik barəsində zəmanət
verir. Mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə aparılmayan
bütün laborator xidmətlərin yerli bir laboratoriyada aparılmasını
təmin etmək, pasiyentlərin ehtiyaclarına uyğun yüksək keyfiyyətli
laborator və poliklinik xidmətlər göstərməkdir.

Ellab Diaqnostikada quraşdırılan Siemens, Roche, Biomerius,
Tecan, Beckman, Acces 2, Redcell, Berkhun SDM-100, ERBA 760, Rotor
Gene-Q, Atellica 630, COBAS E 411, Vitek 2, Bact/Alert 3 D, Proviva
və s. kimi ən müasir tələblərə cavab verən tibbi avadanlıqlar həm
sizin gözləmə müddətinizi qısaldır, həm də daha dəqiq nəticələr
almağınızı təmin edir.

“Ellab Diagnostic” beynalxalq standartlarda olduğu kimi
analizlarin aparılması və diaqnozun düzgün təyin olunmasından ötrü
tibbi cihazları hər gün kontrol va kolibrator yoxlamalarından
keçirir. Labaratoriya eyni zamanda Türkiya, Almaniya, ABŞ-nın
qabaqcıl klinikalarının laboratoriyaları ilə müqavilə əsasında
Azərbaycanda edilməyən nadir analizlari də qəbul edir.

Qeyd edək ki, Ellab diaqnostika mərkəzində 32000-dən artıq
genetik test, 1500-dən artıq müxtəlif növdə laborator müayinələr
aparılır. Müayinalarin hər birinin ayrıca təlimatı hazırlanır va
analizlar həmin təlimat əsasında həyata keçirilir. İnteqrasiya
sistemi vasitəsi ilə müayinə nəticələri birbaşa kompüter-məlumat
bazasına daxil edilir. Müayinələrin nəticələri bir neçə yoxlama
mərhələsindən keçir. İlkin nəticə tibb-texniklərin nəzarətindən,
ikinci mərhələdə həkim laborantlar, üçüncü mərhələdə isə klinika
direktoru biokimya və molekular biologiya uzmanı dr. Eldar Əliyevin
nəzarətindən keçir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən
keçmiş nəticələr pasiyente təqdim olunur.

“Ellab Diagnostic”ə müraciət edərək vaxtınıza və büdcənizə
qənaət edəcək, eyni zamanda keyfiyyətli xidmət alacaqsınız.

Teqlər: