Bakıda Dünya Kuboku çərçivəsində gimnastlara AGF Trophy Kuboku təqdim olunub

Aprelin 24-də Bakıda Milli Gimnastika Arenasında bədii
gimnastika üzrə FIG Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika
Federasiyasının xüsusi təsis edilmiş mükafatı – “AGF Trophy”
Kubokunun mükafatlandırılması mərasimi keçirilib.

AzerTimes-ın
məlumatına görə, “AGF Trophy” qrup hərəkətləri üzrə İtaliya
komandasına və Azərbaycan gimnastı Arzu Cəlilovaya təqdim olunub. “AGF Trophy” Kubokunu Azərbaycan Gimnastika Federasiyasının baş
katibi Nurlana Məmmədzadə təqdim edib.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilib. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edib.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Arzu Cəlilova və
Zöhrə Ağamirova, o cümlədən Güllü Ağalarzadə, Ləman Əlimuradova,
Kamilla Əliyeva, Zeynəb Qummətova, Elizaveta Luzan və Daria
Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edib.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının gümüş, bu gün isə beş
halqa ilə hərəkətdə qızıl medalını qazanıb.

Teqlər: