Bakıda dünya çempionatının iştirakçıları üçün bütün zəruri şərait yaradılıb – ABŞ gimnastı

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə Dünya Çempionatının iştirakçıları üçün bütün zəruri şərait yaradılıb.

Bunu Trend-ə yarışların iştirakçısı, amerikalı gimnast Ruben Padilya deyib.

“Milli Gimnastika Arenası çox rahatdır. Çempionat qüsursuz təşkil olunub, biz diqqətimizi sırf yarışlara ayıra bilirik. Yarışlardan qabaq ABŞ komandası iqlimə uyğunlaşmanı uğurla keçirib. Bu, mənim Bakıya üçüncü səfərimdir. Ona görə də burada idmançılar üçün yaradılan şəraitdən yaxşı məlumatlıyam”, – deyə gimnast bildirib.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.


4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: