Bakıda dünya çempionatında komanda hesabında final yarışları başlayıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında komanda hesabında final yarışları başlayıb.

Trend-in məlumatına görə, bu gün qadınlar və kişilər arasında batut üzərində sinxron hərəkətlər, kişilər arasında tamblinq yarışlarında qalib komandalar müəyyən ediləcək.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.


4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: