Bakıda dünya çempionatında batut üzərində sinxron hərəkətlərdə finalçılar məlum olub

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında kişilər və qadınlar arasında batut üzərində sinxron hərəkətlərdə finalçılar məlum olub.

Trend-in məlumatına görə, kişilər arasında finala Andrey Buylov və Oleq Rabtsau (Belarus), Fabian Fogel və Mattias Fleyderer (Almaniya), Coşua Faro və Pyer Quzu (Fransa), Ruben Tavares və Lukas Santos (Portuqaliya), Mixail Melnik və Kirill Panteleyev (Rusiya), Rayan Dutra və Rafael Andrade (Braziliya), Kodi Qesuelli və Ruben Padilya (ABŞ), Hiroto Unno və Rusey Nisioka (Yaponiya) vəsiqə qazanıb.

Qadınlar arasında isə Yiçenq Hu və Sinsin Çjanq (Çin), Narumi Tamura və Nikaru Mori (Yaponiya), Katarina Marianito Nunyes və Beatris Martins (Portuqaliya), Anna Kornetskaya və Yana Lebedeva (Rusiya), Niam Sletteri və Romana Şurinq (Niderland),Sofian Met və Sara Milett (Kanada), Marina Prier və Klea Bruss (Fransa), Sofiya Redman və Hanna Raylen (İsveç) finala çıxıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.


4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: