Bakıda dönərxana və sex yandı

Bakıda obyektdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Nərimanov
rayonunda ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif
təyinatlı birmərtəbəli obyektin (təkər təmiri sexi və dönərxana)
yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: