Bakıda dənizə düşən şəxs xilas edilib

Bakıda 1 nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bakı şəhəri, Səbail
rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda
xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1
nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.


Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin
çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə
təhvil verilib.

Teqlər: