Bakıda dəhşətli qəzada ölən şəxsin kimliyi bilindi

Bakıda dəhşətli qəzada ölən şəxsin kimliyi bilindi

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.

AzerTimes xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Bildirilib ki, hadisə zamanı ölən şəxs Nizami Qədir oğlu Heydərovdur.

Teqlər: