Bakıda dəhşətli qəza: 1 nəfər öldü – Video

Bakıda dəhşətli qəza: 1 nəfər öldü – Video

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb. Hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində bir nəfər ölüb.

Teqlər: