Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində yerüstü piyada keçidi inşa edib.
AzerTimes xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4,5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir. Keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılıb.