Bakıda daha bir marşrut xəttinə yeni iritutumlu avtobuslar verildi

Xəbər - Samir Əli – Trend:

217 nömrəli müntəzəm marşrut üzrə sərnişindaşımalara iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb edilib.

Bakı Nəqliyyat Agnetliyindən AzerTimes-a verilən məlumata görə, iritutumlu və müasir avtobusların istifadəyə verilməsi ilə bağlı Məhəmmədi kəndinin sakinləri məmnunluqlarını bildirib.

Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması təmin edilib.

Teqlər: