Bakıda daha bir dəhşətli qətl…

Bakıda daha bir dəhşətli qətl…

Fevralın 13-də Bakı şəhərinin Nərimanov rayonunda qadın keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, saat 17:30 radələrində sözügedən ərazidə küçələrin birində İbrahimova Sevinc Rəfail qızı qətlə yetirilib.

Cinayət əməlini tötətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Quliyev Rövşən Eldar oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: