Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu

Xəbər - Çingiz Səfərli – Trend:

Paytaxtdakı 79 və 185 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb:


“Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”, – məlumatda qeyd olunur.

Teqlər: