Bakıda daha 11 narkotik alverçisi saxlanılıb

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və
Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ötən gün
keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan
4, onlar üçün narkokuryerlik edən 11 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, aşkar
edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət
işi başlanılıb. Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin,
marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar
olunub. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələrin
satışı ilə məşğul olan 4 nəfər rayon ərazisində yaşadıqları evlərdə
narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil ediblər.
Onlar xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə
əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını
təşkil ediblər.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis
əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: