Bakıda “Chevrolet” və “Toyota” toqquşub, biri yanıb

Bakı şəhərinin Nizami rayonunda “Chevrolet” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nəticədə “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: