Xəbər - Samir Əli – Trend:
Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe müəyyən olunub.
DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, “Cənub” kafesində 14 fevral – sevgililər günü ilə əlaqədar 15 nəfərin həmin günü qeyd etmələri aşkarlanıb.
İctimai iaşə obyektinin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.