Bakıda bu yollarda sıxlıq yaranıb (SİYAHI)

Xəbər - Samir Əli – Trend:

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində – şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsində – Cavanşir körpüsündə, Alı Mustafayev küçəsində – “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.

Həmçinin, Yusif Səfərov küçəsində – Cavanşir körpüsü istiqamətində, Babək prospektində – Yusif Səfərov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsində – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər və Heydər Əliyev prospektində – orta və kənar yolda Atletlər kəndinin qarşısından şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Teqlər: