Bakıda bu yolda kamera quraşdırılıb, kütləvi qayda pozanlar cərimələnir (VİDEO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakının Ziya Bünyadov prospekti, “Çermet” körpüsü adlanan ərazidə üzü şəhər istiqamətində avtomaşınların kütləvi halda qayda pozuntusunun qarşısını almaq üçün kamera quraşdırılıb.

Sözügedən ərazidə sağ zolaqlarla gəlib, növbə gözləmədən sola keçənlər ciddi problem yaradırdılar. Bu səbəbdən də ərazidə yeni kamera quraşdılıb.

Təqdim edilən videogörüntülərdən də göründüyü kimi ərazidə kütləvi surətdə qayda pozulur.


Teqlər: