Bakıda bu şagirlərin konserti keçirildi – Foto

Bakıda bu şagirlərin konserti keçirildi – Foto

Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilib.

AzerTimes xəbər verir ki, məktəbin fortepiano şöbəsinin müdiri Raminə Ağayeva ənənəvi olaraq keçirdiyi sinif konsertini bu dəfə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edib.

Konsertdən əvvəl R.Ağayeva müstəqil Azərbaycan dövlətinin qurucusu görkəmli siyasi və dövlət xadimi H.Əliyevin zəngin həyat və fəaliyyətindən danışıb.

Konsertdə şagirdlər tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini çox böyük professionallıqla ifa edilib.

Teqlər: