Bakıda bu məsciddən “mehdiçilər”ə möhtəşəm cavab – Foto

Bakıda bu məsciddən “mehdiçilər”ə möhtəşəm cavab – Foto

Bakıdakı Məşədi Dadaş məscidində Məhərrəmlik ayı ilə bağlı keçirilən bugünkü mərasimdən – “İmam Hüseyn məclisi”ndən foto paylaşılıb.

AzerTimes xəbər verir ki, fotoda ziyarətə gələnlərin hamısının əlində Azərbaycan Bayrağı tutduğu görünür.

Qeyd edək ki, Britaniyadakı səfirliyimizə hücum edən “Mehdinin xidmətçiləri” adlı radikal dini qruplaşma guya Azərbaycanda şiələrin incidildiyini bəhanə edərək, Bayrağımızı və liderlərimizin fotolarını səfirlik binasından götürərək, yerə atmışdılar. Əvəzində özlərinin qara parçalarını “etiraz kimi” asmışdılar.

Xatırladaq ki, buna cavab olaraq Azərbaycandakı məscidlərdə din xadimləri Azərbaycan bayraqlarını qaldırıblar.

Teqlər: