Bakıda 179 nömrəli orta məktəbdə tədris müvəqqəti olaraq dayandırılıb.
AzerTimes xəbər verir ki, buna ölkəmizdə azyaşlılar arasında yayılan kəskin virus səbəb olub.
Sözgüdən məktəbdə müəllimlər şagirdlərə həftənin sonuncu iş günü – yəni sabah tədris olmayacağını bildiriblər.
Həmçinin deyilib ki, gələn həftədən tədrisin bərpa-olub olunmayacağı ölkədəki epidemioloji vəziyyətə uyğun olaraq qiymətləndiriləcək.
Sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlamışıq.