Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişəcək

Bakı şəhərində keçiriləcək “Bakı Marafonu – 2022” ilə əlaqədar
tətbiq ediləcək məhdudiyyətlərə uyğun 23 sayda marşrutun hərəkət
sxeminə 15 may 2022-ci il tarixi etibarilə aşağıda qeyd olunan
qaydada dəyişiklik ediləcək.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti başçısının
tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliklər aşağıdakı kimi olacaq:

– 1, 2, 4, H1 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri
Y.Səfərov küç. istiqamətində dəyişdirilərək Puşkin – Nizami –
Y.Səfərov küçələri ilə təşkil ediləcək;

– 5 və 88 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi
“28 May” metro stansiyası (Puşkin küç.) olmaqla təşkil
ediləcək;

– 6 nömrəli marşrutun fəaliyyəti 2 istiqamət üzrə – yəni 20-ci
Sahə y/m (F.Ö.Nemanzadə küç.) – İçərişəhər metro stansiyası və
Axundov bağı – “Azadlıq prospekti” metro stansiyası istiqamətində
təşkil ediləcək;

– 10 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Xocalı
pr. (“Xətai” metro stansiyası) olmaqla, fəaliyyəti M.Müşfiq –
A.Şaiq – Ş.Bədəlbəyli – D.Əliyeva – Puşkin – Nizami – Y.Səfərov
küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

– 18 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Ə.Cavad
küç. (Nizami bağı) olmaqla, fəaliyyəti Ş.Şamil – İstiqlaliyyət –
Azərbaycan pr. – Ə.Cavad – B.Sərdarov küçələri, daha sonra öz
hərəkət sxemi üzrə təşkil ediləcək;

– 21, 32, 46, 175 nömrəli müntəzəm marşrutların son dayanacaq
məntəqəsi 8 Noyabr pr.-də (Bakı Fransız Liseyi) olmaqla təşkil
ediləcək;

– 30 və 49 nömrəli müntəzəm marşrutların fəaliyyəti D.Əliyeva –
Nizami – Y.Səfərov küçələri ilə təşkil ediləcək;

– 53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsi
B.Sərdarov küç. (Axundov bağı) olmaqla təşkil ediləcək;

– 61 nömrəli müntəzəm marşrutun fəaliyyəti S.Vurğun –
Ş.Bədəlbəyli – R.Behbudov – S.Əsgərova küçələri ilə təşkil
ediləcək;

– 65 nömrəli müntəzəm marşrutun fəaliyyəti Lermontov küç. –
Ş.Şamil küç. – İstiqlaliyyət küç. – Azərbaycan pr. ilə təşkil
ediləcək;

– 125, 127 və 205 nömrəli müntəzəm marşrutların fəaliyyəti Bakı
Dairəvi Avtomobil yolu ilə təşkil ediləcək;

– 120 və 149 nömrəli müntəzəm marşrutların fəaliyyəti Yeni
Salyan yolu – Bibiheybət yolu – 20-ci Sahə dairəsi, daha sonra öz
hərəkət sxemi üzrə təşkil ediləcək.

Teqlər: