Bakıda bu kinoteatrı söküb yerində bina tikəcəklər? – Rəsmi

Bakıda bu kinoteatrı söküb yerində bina tikəcəklər? – Rəsmi

Bakıda tarixi bina kimi tanınan “Dostluq” kinoteatrının söküldüyü iddia edilir.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

Professor qeyd edib ki, iki gündür ki, 1960-cı illərin memarlıq abidəsi olan “Dostluq” kinoteatrının sökülməsi işləri aparılır:

“Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf ki, rəsmi mənbələrdə dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılının yaddaşında qalan kinoteatrın yerində çoxmərtəbəli bina tikmək istəyirlər”.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidə heç bir çoxmərtəbəli binanın tikilməsindən söhbət gedə bilməz:

“Sadəcə olaraq, təmir işləri aparılır. Hazırda tərəfimizdən araşdırma da aparılır. Əlimizdə olan məlumata görə, “Dostluq” kinoteatrı özəl mülkiyyətdir. Yəni, ərazi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Rasim Süleyman oğlu Salmanovun mülkiyyətindədir”.

Teqlər: