Bakıda bu hündürmərtəbəli binanın pilləkəni yoxdur – Video

Bakıda bu hündürmərtəbəli binanın pilləkəni yoxdur – Video

Bakıda hündürmərtəbəli binanın birinci mərtəbəsində pilləkən yoxdur.

AzerTimes ATV-yə istinadən xəbər verir ki, söhbət Səbail rayonu Rostoropoviç küçəsində yerləşən yaşayış binasından gedir.

Burada yaşayan sakinlərin yeganə ümid yeri lifdir. Lift işləməsə, mənzillərə düşüb-qalxmaq mümkün olmayacaq.

Sakinlərin iddiasına görə, “Pilot Residence” MTK binadan mənzil alarkən onlara başqa layihə təqdim edib, indi isə ondan əsər-əlamət yoxdur.

“Evimizə girişi də satıblar” – sakinlər bildirir.

Teqlər: