Bakıda bir sinfin bütün şagirdləri tələbə oldu – Foto

Bakıda bir sinfin bütün şagirdləri tələbə oldu – Foto

Bakının Sabunçu rayonundakı məktəblərin birində eyni sinifdə oxuyan şagirdlərin hamısı ali məktəbə daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bu uğur Yeni Ramana qəsəbəsi Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin “11a” şagirdlərinə məxsusdur.

Eyni sinifdə oxuyan 15 şagirdin tələbə adını qazanması maraqla qarşılanıb.

Teqlər: