Bakıda bir həftədir su küçəyə axır – “Azərsu”dan açıqlama

Bakıda bir həftədir su küçəyə axır – “Azərsu”dan açıqlama

Binəqədi rayonu, Süleyman Sani küçəsində (“Azadlıq” metrosunun çıxışı) bir həftəyə yaxındır ki, su avtomobil yoluna axır.

Bu barədə sakinlərin AzerTimes-a daxil olan şikayətində qeyd edilib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, axıntıya səbəb kanalizasiya deyil.

“Su xəttində sızma var, yolun qazılıb təmir olunması, texniki şərt alınması üçün müraciət olunub. Razılıq verilən kimi qazılacaq və axıntının qarşısı alınacaq”, – o qeyd edib.

Teqlər: