Bakıda binanın həyəti dayanacağa çevrildi – Video

Bakıda binanın həyəti dayanacağa çevrildi – Video

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində doqquzmərtəbəli binanın həyəti qanunsuz şəkildə şlaqbaumla bağlanılıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir, şikayətçilər iki ildir həyətin dayanacaq kimi istifadə edildiyini bildiriblər.

“Bina 72/74-ün həyəti iki ildir ki, bu vəziyyətdədir. Kimin etdiyini dəqiq bilmirik. Bir qrup şəxs gəlib bağladı. Bununla bağlı aidiyyəti üzrə dəfələrlə Mənzil Kommunal Xidmətinə zəng etmişik. Amma heç bir tədbir görülmədi. Görünən odur ki, Mənzil Kommunal Xidməti özü buna şərait yaradır”, – sakinlər vurğulayıb.

Teqlər: