Bakıda Beynəlxalq Müdafiə Sərgisi bu tarixdə olacaq

Bakıda Beynəlxalq Müdafiə Sərgisi bu tarixdə olacaq

Azərbaycanda keçiriləcək Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) tarixi bəlli olub.

AzerTimes xəbər verir ki, silah və texnika sərgisi 2024-cü il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgidə 20-dən çox ölkənin silah və texnikalarının nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, ötən il keçirilən 4-cü beynəlxalq sərgidə Türkiyə, Rusiya, Belarus, Hindistan, Almaniya, İspaniya, Bolqarıstan, İsrail, İsveç, Belçika, Pakistan, Fransa, Qazaxıstan, İran, Ukrayna, Finlandiya, İordaniya, Kipr, Çin, ABŞ, İtaliya, Sinqapur şirkətləri iştirak edib.

Teqlər: