Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.


Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Teqlər: