Bakıda bələdiyyə sədrinin müavininə cinayət işi başlanıb

Xəbər - Samir Əli – Trend:

Bakının Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədr müavini Orxan Daşdəmirli barəsində cinayət işi başlanılıb.

AzerTimes-ın məlumatına görə, bələdiyyə sədrinin müavini rüşvətdə təqsirləndirilib.

Prokurorluqda başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Proses hakim Azər Paşayevin icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası martın 18-nə təyion edilib. Cinayət işi üzrə Babayev İlkin Əbülfəz oğlu adlı şəxs də təqsirləndirilir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ititham verilib.

Teqlər: