Bakıda Batut Gimnastikası və Tamblinq üzrə Dünya Çempionatının ikinci günündə bir sıra növlərdə qaliblər müəyyən edilib

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının ikinci yarış günündə bir sıra növlərdə qaliblər müəyyən edilib.

Trend-in məlumatına görə, kişilər arasında ikili mini-batut üzərində hərəkətlərdə komanda hesabında 104.900 xal toplayan ABŞ qızıl medallara layiq görülüb.

İkinci yeri 104.800 xalla Rusiya, üçüncü yeri 102.400 xalla Kanada tutub.

Kişilər arasında tamblinq üzrə komanda hesabında 112.800 xal toplamış Rusiya dünya çempionu olub. İkinci yerdə 111.200 xalla Böyük Britaniya, üçüncü yerdə 106.900 xalla Danimarka qərarlaşıb.

Qadınlar arasında batut üzərində hərəkətlərdə 164.245 xal toplamış Yaponiya qalib olub. İkinci yeri 163.250 xalla Çin, üçüncü yeri 162.920 xalla Rusiya tutub.

Daha sonra hər növ üzrə qalibərin mükafatlandırma mərasimi keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: