Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Fevralın 12-də Bakı Milli Gimnastika Arenasında batut
gimnastikası üzrə Dünya Kubokunun təntənəli açılış mərasimi
keçirilib.

AzerTimes-ın məlumatına görə, mərasimdə iştirakçı ölkələrin
bayraqları nümayiş etdirilib, Azərbaycanın dövlət himni
səsləndirilib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya
kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki
yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni
qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü
təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci
təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.
Qeyd edək ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut
gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq
iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların
miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda
müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Maqsudova
təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: