Xəbər - Cani Babayeva – Trend:
Fevralın 11-də batut gimnastikası üzrə Dünya Kubokunda iştirak
etmək üçün Bakıya gəlmiş nümayəndə heyətlərinin rəhbərləri ilə
onlayn görüş keçirilib.
Trend-in
məlumatına görə, görüşdə Azərbaycan Gimnastika Federasiyasının baş
katibi Nurlana Məmmədzadə çıxış edib.
Qeyd edək ki, Batut Gimnastikası üzrə Dünya kuboku fevralın
12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir,
Azərbaycanı yığma komandanın üzvü Selcan Maqsudova təmsil
edəcək.
Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi
icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və
sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı
olmadan keçirilməsi planlaşdırılır.
(Tərcümə: Orxan Nəbiyev)