3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov
küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət
alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta
ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.
Trend xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda
deyilir.
Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar
Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə
maraqlanıb.
Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər
ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri
almışlar.