Bakıda baş verən piyada qəzalarının görüntüləri

Bakıda baş verən piyada qəzalarının görüntüləri

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara və sürücülərə müraciət edib.

Qurum rəsmisi Rauf Mirqulamov AzerTimes-a bildirib ki, NİİM paytaxt yollarında quraşdırılan videomüşahidə kameraları vasitəsilə piyadaların iştirakı ilə baş verən, xəsarət və ölümlə nəticələnən bir sıra yol-nəqliyyat hadisələrini qeydiyyata alıb.

Aparılan müşahidələrə əsasən, hadisələrin başlıca səbəbi piyadaların məsuliyyətsiz davranaraq yolun hərəkət hissəsini onlar üçün nəzərdə tutulmayan yerlərdən keçmək və nizamlanan piyada keçidlərində svetoforun onlar üçün qadağanedici işarəsində hərəkət etməkdir.

Sutkanın müxtəlif vaxtlarında piyadaların iştirakı ilə baş vermiş qəzalar digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane yaradaraq yollarda sıxlığa səbəb olur.

Belə hadisələrin baş verməməsi üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadaları, eləcə də sürücüləri “Yol hərəkəti haqqında” qanunun tələblərinə, təhlükəsizliyi təmin edən qaydalara riayət etməyə çağırır.

Teqlər: