Bakıda baş verən partlayışla bağlı cinayət işi başlandı

Xəbər verildiyi kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00
radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov
küçəsində yerləşən gecə klubunda partlayış baş vermişdir.

Baş Prokurorluğundan AzerTimes-a verilən məlumata görə, faktla bağlı Cinayət
Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma –
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda) və 314.2-ci
(səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya
digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi
başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və
Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə
istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun
İstintaq idarəsinə həvalə olunmuşdur.

Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması
səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş
verməsi müəyyən olunmuşdur.

Partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə
klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova və il
təvəllüdlü ). 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış,
onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14
avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan
dəymişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri
istintaq hərəkətləri davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Teqlər: