Bakıda “BakuBus”a məxsus avtobus qəzaya uğrayıb (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakıda “BakuBus”a məxsus avtobus qəzaya uğrayıb.

Hadisə Mikayıl Müşviq və Hüseyn Cavid küçələrinin kəsişməsində qeydə alınıb.

Trend xəbər verir ki, “Saipa” markalı maşının sürücüsü dönərkən sükana nəzarəti itirərək nəqliyyat vasitəsini “BakuBus” MMC-yə məxsus 3 nömrəli sərnişin avtobusuna çırpıb.


Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb.

Teqlər: