Bakıda azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda himayəsində olan azyaşlı bacısı qızını
dilənçiliyə məcbur edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, azyaşlını
dilənçiliyə sövq edən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini
Pərviz Bədəlov saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə
gətirilib.

Araşdırma zamanı azyaşlının faktiki olaraq valideyn himayəsindən
məhrum olduğu, eləcə də həyat və sağlamlığı üçün ciddi təhlükə
yarandığı müəyyən edilib. Azyaşlı müvafiq dövlət qurumlarının
iştirakı ilə müvəqqəti sığınacağa yerləşdirilib.

Pərviz Bədəlov barəsində Nəsimi RPİ-də araşdırmalar davam
etdirilir.

Teqlər: