Bakıda adam oğurluğunda təqsirləndirilən fermerə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu və insan
alverində təqsirləndirilərək həbs edilən sahibkar Fazil İsmayılovun
cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Ismayılov 7 il 6 ay azadlıqdan məhrum
edilib.

İttihama görə, F.İsmayılov Bakının Sabunçu rayonu ərazisində
heyvandarlıq fermasında sahibi olduğu müddətdə fermada 2 nəfər
çobanı qanunsuz olaraq saxlayıb. Hüquq-mühafizə orqanlarının
keçirdiyi əməliyyat nəticəsində fermanın ünvanı müəyyən edilib və
həmin şəxslər azad edilib.

F.İsmayılova qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu)
və 144-1-ci(insan alveri) maddələri ilə ittiham elan edilib.

Teqlər: