Bakıda “Azəriqaz” əməkdaşlarına hücum edildi, 4 nəfər xəsarət aldı

Xəbər - Samir Əli – Trend:

“Azəriqaz” İstehsalat Birliyinin 4 əməkdaşına xəsarət yetirilib.

Qurumdan AzerTimes-a verilən məlumata görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən ərazisində baş verib.


“Azəriqaz” əməkdaşları xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb. Onların arasında qrup rəhbəri kimi çalışan İlkin Əzizov daha çox xəsarət alıb. Abonentə onun evinin yanından keçən yeraltı qaz xəttində Birliyin vəsaiti hesabına təmir işləri aparılacağı bildirilib. Bundan başqa, həmin həyətdən keçən qaz xəttində qanunsuz birləşmə aşkarlanıb. Görüləcək işlərə mane olan Elnur Əliyev adlı şəxs Birliyin əməkdaşlarına hücum edib. Baş verənlərlə bağlı cinayət işi açılıb.

Teqlər: