Bakıda azadlığa çıxan şəxslər yenidən oğurluq etdi – Video

Bakıda azadlığa çıxan şəxslər yenidən oğurluq etdi – Video

Cəzaçəkmə müəssisəsində tanış olan keçmiş məhkumlar azadlığa çıxandan sonra yenidən oğurluq etdikləri üçün saxlanılıblar.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Naməlum şəxslər orada işləyən satıcının çantasından 950 manat oğurlayıblar.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Elçin Yusifov və Ramil Şəfaqətov tutulublar.

Araşdırma zamanı onların paytaxtın Səbail və Nərimanov rayonlarında daha 3 obyekdən oğurluqlar etdikləri müəyyən olunub.

Qeyd edək ki, hər iki şəxs müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər.

Faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

“Elçin Yusifov və Ramil Şəfaqətov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 26-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

Teqlər: