Bakıda avtomobil divara çırpılıb, ölən var

Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı minik avtomobili divara çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Vahidov Elşad Nizami oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: