Bakıda avtomobil ana və övladını vuraraq komaya saldı

Bakıda avtomobil ana və övladını vuraraq komaya saldı

Bakıda ana və azyaşlı övladını avtomobil vuraraq ağır xəsarət yetirib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yolu keçən 1990-cı il təvəllüdlü Qənirə Rasim qızı Əhmədova və onun 6 yaşlı övladı Murad Abbas oğlu Əhmədovu avtomobil vurub.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q.Əhmədovaya sağ ayağın sınığı və bədənin müştərək travması, M.Əhmədova isə qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və komatik vəziyyət diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: